Millimizin baş məşqçisi: Püşkdə bəxtimiz qətiyyən gətirmədi
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva, dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-offda qarşılaşacağımız Rusiya millisini dəyərləndirib. İdman.com.az saytının məlumatına görə, azerisport.az-a açıqlamasında o, bəxtdən gileylənib:

“Bizi iki çətin matç gözləyir. Rusiya sonuncu Avropa çempionatının finalçısıdır. Komanda indi çox yaxşı vəziyyətdədir. Püşkdə bəxtimiz qətiyyən gətirmədi. Daha keçiləsi rəqiblə düşə bilərdik. Bizə gəlincə, daha çox işləməliyik. AÇ-2012-də üzə çıxan bütün problemlərimizi yoluna qoymalıyıq ki, qarşıdakı oyunlarda onlar təkrarlanmasın.

Heyətdə dəyişikliklər istisna deyil. Çünki bəzi oyunçuların hazırkı forması məni qətiyyən qane etmir. Bütün mənfi cəhətlərə rəğmən, bizim Rusiya yığmasını keçmək, dünya çempionatına yollanmaq şansımız var”.

Xəbər 1107 dəfə oxundu.