Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Fevralın 19-20-də Respublika Olimpiya Mərkəzində (Manej) atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Yarışda 2001-2002-ci il təvəllüdlü oğlan və qızlar mübarizə aparacaqlar.

Atletlər 60, 300, 600 və 1000 metr məsafəyə qaçış, uzunluğa və hündürlüyə tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayacaqlar.

Mükafatlandırma mərasimi atletikanın hər fənni üzrə qaliblər müəyyən olunandan sonra keçiriləcək.

Xəbər 845 dəfə oxundu.