“Kür” Olimpiya Tədris-İdman Mərkəzi
İstifadəyə verilmə tarixi: 14.10.2010

“Kür” Olimpiya Tədris-İdman Mərkəzi ümumi sahəsi 7,2 hektar olan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır.

Layihəyə əsasən kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxanası var.Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Bundan başqa Mərkazdə bir ədəd 2 mərtəbəli kotec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var.

İnzibati bina 2 mərtəbəlidir.

İdman zalının (ölçüsü 57.6 x 45.6 metr) tamaşaçı tutumu 500 nəfər, üzgüçülük kompleksinin (ölçüsü 50 x 21.06 metr) tamaşaçı tutumu isə 280 nəfərdir.
Bundan başqa Mərkəzdə avarçəkmə klubu, kotteclər, 2 ədəd tennis kortu (36x18 metr), trenajor zalı var.qayıqların saxlanması üçün anqar (ölçüsü 51.5 x 32 metr) var. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar mövcuddur.

Mərkəzin özünün nasosxana, transformator yarımstansiyası, qazanxanası, 2 ədəd içməli su, 3 ədəd yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş su anbarları var.

Ünvan: AZ-4500, Mingəçevir şəhəri, İslamzadə küçəsi, 98A.
Telefon: 0147-3-03-14

Xəbər 9105 dəfə oxundu.