Rusiyanın U-17 komandasının Bakıda təlim-məşq toplanışı təşkil olunacaq
Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandası fevralın 20-dən 26-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Qonaq komanda Azərbaycanda həmyaşıdları ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Oyunlar fevralın 23-də və 25-də təşkil olunacaq. Hər iki görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

Rusiya yığmasının baş məşqçisi Sergey Matveyev Bakıya gələcək heyəti artıq müəyyənləşdirib. Heyətdə qapıçılar – İvan Lomaev, Matvey Safonov, müdafiəçilər – Sergey Borodin, Artyom Qolubev, Aleksandr Volkov, Artyom Qorbulin, Aleksandr Zaxarov, Kirill Lukyançikov, yarımmüdafiəçilər – Pyotr Volodkin, Aleksandr Rudenko, Vyaçeslav Qrulev, Osman İsayev, Dmitri Lesnikov, Leon Musayev, Maqomed Süleymanov, Danil Utkin, Mixail Yakovlev, hücumlar – İvan İqnatev, Stanislav Latseviç və Dmitri Çipçenko yer alıblar.

Xəbər 709 dəfə oxundu.