"Xəzər Kuboku 2016"da 6-cı turun oyunları yekunlaşıb
Iranda keçirilən “Xəzər Kuboku 2016” beynəlxalq şahmat turniri davam edir. 6-cı turda Azər Mirzəyev Gürcüstan şahmatçısı Bachana Morciaşvili üzərində qələbə qazanıb. Loğman Quliyev isə yerli şahmatçı Araş Tahbazın müqavimətini qıra bilməyib.

Beləliklə, 6 turdan sonra Azər Mirzəyev liderlərdən yarım xal geri qalaraq 4.5 xalla 4-8-ci yerləri bölüşdürür.Loğman Quliyev isə 3 xal toplayaraq 37-ci yerdədir. İran şahmatçıları Farham Maqsudlu, Masoud Mosadeqpour və Rusiya təmsilçisi Sergey Volkov hərəyə 5 xal toplayaraq turnirə liderlik edirlər.

Xəbər 647 dəfə oxundu.