Sumqayıt AZAL-la oyunun hazırlığını davam etdirir
Premyer Liqanın 22-ci turunda AZAL-la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.

Heyətdə zədəli futbolçu yer almır. "Qəbələ" ilə qarşılaşmada iştirak etməyən Aleksandr Çertoqanov da artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu fevralın 20-də "Kapital Bank Arena"da keçiriləcək. Görüş saat 15:00-da başlayacaq. Bu komandaların əvəzediciləri isə fevralın 19-da üz-üzə gələcək, matç saat 13:00-da start götürəcək. (klub saytı)

Xəbər 640 dəfə oxundu.