Azərbaycan millisinin Macarıstan yığması ilə oyun üçün heyəti açıqlanıb
Fevralın 23-də və 25-də Bayıl stadionunda futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması macarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.

Azərbaycan millisinin yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Heyətdə Vüsalə Hacıyeva, Ayşən Əhmədova, Aynur Zeynalova, Nigar Abdulova, Arzu Əliyeva, Ceylan Əmirəliyeva, Həqiqət Qasımova, Aytac Neymətova, Firəngiz Teymurova, Nərmin İsmayılova (hamısı “Təhsil”), Salome Qasviani, Nino Qurqenidze, İlahə Nuriyeva (hər üçü “Zaqatala”), Ülviyyə Ağayeva, Sevinc Fəttazadə (hər ikisi “Neftçi”), Rövşanə Sardarlı, Samirə Kürdükova (hər ikisi “Fidan”), Elvira Əsgərzadə (“Lənkəran”), Lamiyə Qurbanova (“Qax”), Vüsalə Seyfətdinova (“Şəki”), Gültac Məmmədəliyeva (“Sumqayıt”) və Sona Rəhimova (“Vətən”) yer alıblar.

Xəbər 717 dəfə oxundu.