“Turkish Open” turnirində 4 medal qazanan taekvondoçularımız Avropa çempionatında da iştirak edəcəklər
Antalyada Türkiyə Taekvondo Federasiyası tərəfindən təşkil edilən G1 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinə yekun vurulub.

Yarışda idmançılarımız 4 medal qazanıblar.

Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoustun yetirmələrindən Sina Bahrami (63 kq) yarışı qızıl, Məmmədalı Quliyev (58 kq) isə bürünc medalla başa vurub.

Gənclərdən ibarət yığma komandamız da bu turnirdə 2 medalla fərqlənib. Baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə mübarizəyə qatılan Ələsgər Əliyev (68 kq) və Orxan Tağızadə (78 kq-dan yuxarı) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənməli olublar.

“Turkish Open” beynəlxalq turnirinin ardından dördüncü klublararası Avropa çempionatına start veriləcək. Fevralın 18-20-də keçiriləcək qitə çempionatına respublikamızdakı “Gilan”, “Sumqayıt” taekvondo klublarının və “Təhsil” Respublika İdman Mərkəzinin idmançıları qatılacaq.

Çempionatda yığma komandanın heyətində yer alan taekvondoçular isə öz klublarını təmsil edəcəklər.

Xəbər 698 dəfə oxundu.