«Baku Fires» 1/4 finalda Hindistan klubu ilə görüşəcək
Ümumdünya Boks Seriyasında (WSB) uğurla çıxış edən «Bakı Alovları» klubu növbəti mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıb. İdman.com.az saytının məlumatına görə, təmsilçilərimiz 1/4 finalda Hindistanın «Venky’s Mumbai Fighters» komandası ilə görüşəcək. Döyüş martın 2/3 və 9/10 tarixlərində baş tutacaq. «Baku Fires» qrup qalibi olaraq, 1-ci görüşü səfərdə keçirəcək.

Xəbər 1012 dəfə oxundu.