Xəzər Lənkəran Dneprin sabiq forvardı ilə müqavilə imzalayır
"Xəzər Lənkəran" Ukraynanın "Dnepr" klubunun sabiq hücumçusu Bayram Budaqovu heyətinə qatmağa hazırlaşır. Sözügedən futbolçu xeyli müddət idi cənub klubunun düşərgəsində baxışda idi.

Budaqov artıq özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Cənubluların məşqçilər korpusu onu heyətdə saxlamağa qərar veriblər. "Dnepr"in əvəzedici heyətinin sabiq futbolçusu ilə bu həftə rəsmi müqavilə imzalanacaq. Böyük ehtimalla müqavilə ya yarım illik, ya da bir illik olacaq.


Xəbər 633 dəfə oxundu.