İspaniyanın "Marca" qəzeti "Zirə" komandasının futbolçusundan yazıb
İspaniyanın məşhur "Marca" idman qəzeti Azərbaycan çempionatında çıxış edən "Zirə" klubun salvadorlu futbolçusu Nelson Bonilla haqqında yazıb.

Yazıda futbolçunun Azərbaycan Premyer Liqasının XXI turunda "Rəvan"a qarşı oyunda dubl etməsi, bununla da komandasının qələbə qazanaraq turnir cədvəlində 2-ci yerə yüksəlməsi xüsusi qeyd edilib. "Bonilla Azərbaycanda sehrbazlıq edir" başlıqlı yazıda onun artıq çempionatımızda 6 qol vurduğu da xatırlanıb. Nəşrin elektron versiyasında yazıya əlavə olaraq Bonillanın çempionatımızda vurduğu ilk qolun videosu da yerləşdirilib.

AZƏRTAC

Xəbər 667 dəfə oxundu.