Kəpəz İnterlə oyunun hazırlığına başladı
“Kəpəz” ötən gündən Topaz Premyer Liqasının 22-ci turunda səfərdə qarşılaşacağı “İnter”lə oyunun çalışmalarına başlayıb. Bakıda məşq edən komandanın ilk hazırlığı dəniz kənarında baş tutub.

Məşq planına əsasən, bu gün “sarı-göylər” “Dalğa Arena”da məşq edəcəklər. Paytaxt klubu ilə oyundan öncəki hazırlıq prosesi isə görüşün keçiriləcəyi “İnter Arena”da olacaq.

Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı fevralın 19-da saat 15:00-da başlayacaq.

Xəbər 640 dəfə oxundu.