U-17 komandasından növbəti qələbə
“Neftçi” PFK-nın U-17 komandası AFFA-nın təşkil etdiyi Bakcell U-17 liqasında növbəti qələbəsini qazanıb. Baş məşqçi Elşad Əhmədovun yetirmələri XVII turda “Zirə” klubunu 2:0 hesabı ilə məğlub ediblər. “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutmuş və komandamızın üstünlüyü şəraitində keçmiş görüşdə hər iki qolu İbrahim Əliyev vurub. O, oyundan sonra fikirlərini Neftçi TV-yə bildirib.

Qeyd edək ki, “Neftçi” hazırda 44 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb

Xəbər 638 dəfə oxundu.