Zirə Xəzər Lənkəranla oyun öncəsi yarımmüdafiəçisini itirdi
"Zirə"nin yarımmüdafiəçisi Elvin Məmmədov sıradan çıxıb. O, Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Rəvan"la matçın əvvəlində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, bu zədə səbəbindən futbolçu məşqləri 3-4 həftə sonra bərpa edə biləcək. Belə olan halda Məmmədovun növbəti turun "Xəzər Lənkəran"la oyununda meydana çıxmayacağı dəqiqdir.

Xəbər 794 dəfə oxundu.