İntizam Komitəsinin iclası keçirildi
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Rəvan” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXI turunun “Zirə” – “Rəvan” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).


Xəbər 685 dəfə oxundu.