Mülki Müdafiə Qoşunlarının iki əsgəri cüdo üzrə Azərbaycan birinciliyində medal qazanıb
Bakı İdman Sarayında yeniyetmələr və gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib.

Çempionatda 40 komandanın heyətində 364 iştirakçı mübarizə aparıb. Nazirliyi təmsil edən Mülki Müdafiə Qoşunlarının əsgərləri Nəriman Baxşıyev 90, Şamil Fədiyev isə 66 kiloqram çəki dərəcələrində üçüncü yerə layiq görülüblər.

Yarışın baş hakimləri Nazim Umbayev, FHN-in İdman Sağlamlıq Klubunun məşqçiləri Rasim Babayev və Taleh Sadıqov olublar.

Xəbər 700 dəfə oxundu.