Sərbəst güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaq
Fevralın 18-dən 19-dək Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran-pri turniri keçiriləcək.

Turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri iştirak edəcək.

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçimiz yollanacaq. Yarışda Ruslan Qasımov (57 kq), Əli Rəhimzadə, Mahal Novruzov (hər ikisi 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov (hər ikisi 65 kq), Murad Süleymanov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Xəbər 638 dəfə oxundu.