Uduzdular, rekordçular sırasına düşdülər
Futzal üzrə Avropa çempionatının final oyunu ərəfəsində qitə birincilikləri tarixinin rekordlarının siyahısı açıqlanıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Portuqaliyaya 1:4, Serbiyaya 8:9 hesabı ilə uduzaraq yarışla elə qrup mərhələsində vidalaşan Azərbaycan milli komandası da rekordçular sırasında yer alıb. Millimiz əsasən serblərlə oyundakı göstəricilər sayəsində tarixə düşüb.

Qeyd edək ki, Portuqaliya ilə oyuna təsadüf edən yeganə rekordumuz Andrey Tveryankinə məxsus olub. 44 yaş 332 günlüyündə meydana çıxan qapıçı final mərhələlərinin ən yaşlı futzalçısı kimi tarixə düşüb.

17 qolun vurulduğu qarşılaşma final mərhələləri tarixində mütləq rekorddur. Baş tutan 8 çempionat ərzində belə şey olmamışdı;
9 qol buraxan yığmamız final mərhələsində 1 matçda ən çox qol buraxan komanda adına şərik oldu;
8 qol vurub məğlub olan Azərbaycan yığması Avropa çempionatları tarixində ilkə imza atdı. İndiyədək heç kim 8 qol vurub uduzmamışdı;
8-ci saniyədə fərqlənən Felipe yarışın ən erkən qolunun müəllifi oldu;
50 zərbənin qeydə alındığı matçda komandalar üst-üstə 40 dəqiqəyə bu qədər zərbə vurublar.

Xəbər 1070 dəfə oxundu.