Kikboksinq üzrə Azərbaycan çempionatında 600-a yaxın idmançı iştirak edir
Bakı İdman Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında kikboksinq üzrə XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi start götürüb.

Çempionatın keçirilməsində əsas məqsəd 2016-ci ildə Avropa çempionatı və beynəlxalq turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir. Eyni zamanda cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirmək, narkomaniyaya yox demək və gəncləri pis vərdişlərdən uzaq tutmaqdır.

Üç gün davam edəcək yarışda 30 rayon və 45 klubu təmsil edəcək 600-a yaxın idmançı iştirak edir.

Yarışa fevralın 17-də yekun vurulacaq.

Xəbər 1322 dəfə oxundu.