Cüdo üzrə Azərbaycan milli komandası İspaniyada təlim-məşq toplanışındadır
İspaniyanın Fuenxirola şəhərində keçirilmiş gənclər arasında Avropa kuboku yarışının qalibi olmuş Azərbaycan komandası burada beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Komandamızın 8 oğlan və 6 qız üzvü bu təlimdə ustalıqlarını artırmağa çalışırlar. Məqsəd cari ilin iyununda Finladiyanın Vantaa şəhərində keçiriləcək yeniyetmələrin Avropa çempionatına hazırlaşmaqdır.

AZƏRTAC

Xəbər 713 dəfə oxundu.