Cüdo üzrə Azərbaycan birinciliyi davam edir
Bakı İdman Sarayında gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi davam edir.

Yarışda respublikamızın bütün bölgələrini və Bakını təmsil edən 24 komandadan 328 cüdoçusu mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarışları Bakı İdman Sarayında izləyib. Gənclərin respublika birinciliyinə bu gün yekun vurulacaq.

Qeyd edək ki, bu çempionatdan əvvəl yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi keçirilib. Yarışda 61 klub və cəmiyyətin 602 idmançısı iştirak edib. Azərbaycan birinciliyinin qaliblərinə medallar, fəxri fərmanlar və pul mükafatları verilib.

Xəbər 717 dəfə oxundu.