Tino Perez: “Şanslar bərabərdir”
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez DÇ-2016-nın play-off mərhələsinin püşkünün nəticəsi ilə bağlı açıqlama verib:

“Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.

affa.az

Xəbər 714 dəfə oxundu.