Millimiz Hollandiya yığması ilə qarşılaşacaq
Bu gün Serbiyanın Belqrad şəhərində futzal üzrə DÇ-2016-nın play-off mərhələsinin püşkü atılıb.

Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Hollandiya yığması ilə qarşılaşacaq.

Yığmamız ilk oyununu martın 22-də səfərdə, cavab oyununu isə aprelin 12-də evdə keçiriləcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi bu il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil ediləcək və qalib adı uğrunda 24 komanda yarışacaq.

Play-off cütlükləri
Sloveniya – İspaniya
Slovakiya – Ukrayna
Polşa – Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus – Rusiya
Hollandiya – Azərbaycan
Macarıstan – İtaliya

Xəbər 673 dəfə oxundu.