Arazın komandası autsayderə qarşı
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 21-ci turun oyunları keçiriləcək. İdman.com.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Pas Giannina” ilə qarşılaşacaq.

Bu matç öncəsi “Panionios” 22 xalla 10-cu pillədə qərarlaşıb. rəqib 17 xalla 13-cüdür. Həmyerlimizin komandası autsayder üzərində qələbə qazanarsa, yarış cədvəlində mövqeyini bir qədər yaxşılaşdırar. Əks halda, Afina klubunun vəziyyəti pisləşə bilər.

Son oyunlarda forma geyməyən, üstəlik bir neçə gün öncə baş tutan sınaq matçında zədələnən Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğurur.

Xəbər 950 dəfə oxundu.