Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının play-off mərhələsindəki rəqibi müəyyənləşib
Fevralın 12-də Serbiyanın paytaxtı Belqradda futzal üzrə dünya çempionatının play-off mərhələsinin püşkatma mərasimi keçirilib.

On dörd milli komanda arasında Azərbaycan yığmasının da rəqibi müəyyənləşib.

Püşkün nəticəsinə görə, Azərbaycan millisi Niderland yığması ilə üz-üzə gələcək.

Play-off mərhələsinin oyunlarının martın 22-də və aprelin 12-də keçirilməsi nəzərdə tutulub. Yeddi qalib komanda bu il sentyabrın 14-də Kolumbiyada start götürəcək dünya çempionatında Avropanı təmsil etmək hüququ qazanacaq.

Digər play-off cütlükləri isə aşağıdakı kimidir: Sloveniya - İspaniya, Slovakiya - Ukrayna, Polşa - Qazaxıstan, Serbiya - Portuqaliya, Belarus - Rusiya, Macarıstan - İtaliya.

AZƏRTAC

Xəbər 678 dəfə oxundu.