Şahmatçılarımız beynəlxalq turnirdə iştirak edirlər
İranda “Xəzər Kuboku 2016” beynəlxalq şahmat turniri start götürüb. Yarışda Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Latviya, Litva, Ermənistan, Niderland, Türkiyə, ABŞ, Türkmənistan və ölkəmizdən 16 qrosseyster daxil olmaqla 76 şahmatçı iştirak edir. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışın “A” turnirində ölkəmizi beynəlxalq qrossmeyster Azər Mirzəyev və beynəlxalq usta Loğman Quliyev təmsil edirlər.

1-ci turdan sonra Azər Mirzəyev Türkmənistan təmsilçisi Bahar Hallaeva üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazıb. Loğman Quliyev isə yerli şahmatçı Ali Pilvaiehə məğlub olub.

Xəbər 676 dəfə oxundu.