Yeniyetmələrin respublika birinciliyi sona çatıb
Fevralın 9-da start götürmüş cüdo üzrə kiçik yaşlı yeniyetmələr (U-15) arasında Azərbaycan birinciliyi başa çatıb. Bakı İdman Sarayında keçirilən və üç gün davam edən yarışda paytaxt və bölgələrdən 24 komandanın tərkibində 328 cüdoçu mübarizə aparıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda oğlanlar arasında Murad Əliyev (30 kq), Səxavət Hacıyev (34 kq), Tunar Bayramov (38 kq), Nicat Məmmədov (42 kq), Nahid İsmayılov (46 kq), Mətin Rzazadə (50 kq), Murad Əlizadə (55 kq), Məhəmməd Əhmədov (60 kq), İlkin Mirzəyev (66 kq) və Hüseyn Məmmədov (+66 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu olublar. Qızların yarışında isə Nigar Söhrabova (28 kq), Fəridə İsgəndərova (32 kq), Lətifə Abbasova (36 kq), Səbinə Əliyeva (40 kq), Rita Əliyeva (44 kq), Zeynəb Məmmədova (48 kq), Əsmər İskəndərova (52 kq), Sənubər Nəbiyeva (57 kq), Nərgiz Əliyeva (63 kq) və Nərmin Əmirli (+63 kq) qızıl medala sahib olublar.

Sevindirici haldır ki, bölgələrdən olan yeniyetmə cüdoçularımız daha üstün olmaları ilə seçiliblər.

Ümumkomanda hesabında UGİM-9 liderliyə yüksəlib. TİM-Sumqayıt 2-ci, 13 İOEUGİM komandası isə 3-cü yeri tutub.

Xəbər 880 dəfə oxundu.