Futzal üzrə Avropa çempionatının finalçıları məlum olub
Fevralın 11-də futzal üzrə Avropa çempionatının yarımfinalında Rusiya-Serbiya və İspaniya-Qazaxıstan qarşılaşmaları keçirilib.

Yarımfinal görüşlərində Rusiya Serbiyanı 3:2, İspaniya isə Qazaxıstanı 5:3 hesabı ilə məğlub edib. Beləliklə, fevralın 13-də çempionatda üçüncü yer uğrunda Serbiya və Qazaxıstan yığmaları, final görüşündə isə Rusiya və İspaniya milliləri qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi çempionatın dörddə bir mərhələsində Rusiya yığmasına məğlub olub.

AZƏRTAC

Xəbər 662 dəfə oxundu.