Zərdabda stolüstü tennis üzrə rayon birinciliyi keçirilib
Fevralın 6-da Zərdab rayonunda 7 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhər 1 saylı məktəb liseyin idman zalında 40 nəfərin iştirakı keçirilən yarışın məqsədi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününü qeyd etmək və rayonda idmanın stolüstü tennis idman növünü inkişaf etdirmək olub.

Sonda İlham Kərimli birinciyə, Cavid Məlikov ikinciyə, Ceyhun Musazadə üçüncü yerə layiq görülüb.

Xəbər 758 dəfə oxundu.