Mərakeş millisinin baş məşqçisi vəzifəsindən istefa verib
Futbol üzrə Mərakeş milli komandasının baş məşqçisi Ezzaki Badu vəzifəsindən istefa verib.

Mərakeş Futbol Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2014-cü ildən Mərakeş yığmasını çalışdırıb.

Xəbər 710 dəfə oxundu.