Cüdoçularımız lisenziya xalı dalınca
Fevralın 18-19-da Almaniyanın Düsseldorf şəhərində cüdoçular arasında qran-pri turniri keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bu sınaqda 97 ölkədən 677 idmançı (400 kişi, 277 qadın) mübarizə aparacaq. Məşqçilər korpusumuz adı çəkilən yarışda iştirak edəcək heyəti müəyyənləşdirib. Mütəxəssislərimiz, adəti üzrə, yenə lider idmançılarımıza şans veriblər.

London-2012-yə lisenziya xalı verəcək yarışa yığmamız 9 cüdoçu ilə qatılacaq. Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbov (hər ikisi - 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımov (57 kq) və Ramilə Yusubovadır (63 kq).

Xəbər 1094 dəfə oxundu.