Budaq Nəsirov Qarabağla oyunu buraxacaq
Bir günlük istirahətin ardından “Kəpəz” dünən məşqləri bərpa edib. Komanda Topaz Premyer Liqasının 21-ci turunda “Qarabağ”la keçiricəyi ev oyununa Bakıda hazırlaşır.

“Sarı-göylər” fevralın 12-nə kimi hər gün saat 13:00-dan başlayaraq bu stadionda məşq edəcək.

Gəncə klubu həftəlik məşq planına uyğun olaraq hazırlıq keçir. Heyətdə zədəli futbolçu yoxdu. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov cəzalı duruma düşdüyündən qarşıdakı matçı buraxacaq.

Komanda Ağdam təmsilçisi ilə oyunun son məşqini Gəncədə keçəcək. Belə ki, fevralın 13-də “Yenilməz Armada” doğma şəhərə gələrək matçın keçiriləcəyi arenada məşqə çıxacaq.

“Kəpəz”in Gəncə şəhər stadionundakı məşqi saat 16:00-da başlayacaq. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Xəbər 698 dəfə oxundu.