Avstraliya yığmasının həkimi: Rio-de-Janeyronun suyu Zika virusundan daha təhlükəlidir
Rio-de-Janeyronun suyu keyfiyyət baxımından çox aşağıdır. Bu isə ondan xəbər verir ki, içməli suyun belə olması Braziliyada yayılmaqda olan Zika epidemiyasından daha təhlükəlidir.

Belə bir açıqlama ilə Avstraliyanın Olimpiya millisinin tibb xidmətinin rəhbəri Devid Hyus çıxış edib.

“Suyun pis keyfiyyəti üzündən bağırsaq infeksiyasına tutulan idmançı çətin ki, yarışda rəqabət apara bilsin. Rio-de-Janeyroda kifayət qədər tibbi problemlər mövcuddur. Əgər söhbət bizim idmançılar və nümayəndə heyətinin sağlamlığı, eyni zamanda təhlükəsizliyindən gedirsə, xüsusilə ehtiyat etməyə dəyər. Riskin minimuma endirilməsi üçün bütün qabaqlayıcı tədbirlər görməyə məcburuq”, - deyə Devid Hyus qeyd edib.

Xəbər 562 dəfə oxundu.