“Kəpəz” futbol klubu məşqlərə başlayıb
Gəncənin “Kəpəz” futbol klubu Premyer Liqanın XXI turunda Ağdamın “Qarabağ” komandası ilə qarşılaşacaq.

XX tur çərçivəsində keçirilən “Kəpəz” – “AZAL” oyunundan sonra Bakıya qayıdan klubun futbolçuları bərpaedici hazırlıqdan sonra istirahətə buraxılıb. Bu gündən etibarən “Dalğa Arena”da təlim məşqlərinə başlayan futbolçular fevralın 13-də Gəncəyə qayıdacaq.

Qeyd edək ki, “Kəpəz” - “Qarabağ” qarşılaşması Gəncə şəhər stadionunda keçiriləcək.

Xəbər 664 dəfə oxundu.