Kamandan oxatma üzrə paytaxt birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Lokomotiv” İdman Cəmiyyətində 1996-1998, 1999-2001,2000-ci il təvəllüdlü oğlan və qızlar arasında örtülü salonda kamandan oxatma üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə “Məhsul”, “Spartak” və “Lokomotiv” idman cəmiyyətlərini təmsil edən 40 idmançı mübarizə aparıb.

Nəticələrə görə, 1996-1998-ci il təvəllüdlülər arasında Ramil Məmmədov və Xalidə Məmmədova qızıl medal qazanıblar. 1999-2001-ci il təvəllüdlü idmançıların yarışında Teymur Babayev və Ozay Qasımova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 2000-ci il təvəllüdlü oxatanların mübarizəsində isə Seymur Safronov və Xalidə Vəlizadə birinci olublar.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1298 dəfə oxundu.