Qaradağ Lökbatandan növbəti qələbə
"Qaradağ Lökbatan” komandası təlim-məşq toplanışını davam etdirir. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında təşkil olunan toplanış ikinci dövrəyə hazırlıq məqsədi daşıyır. Futbolçular təlim-məşq toplanışı ilə bərabər, bir neçə yoxlama oyunu da keçirib.

Bu gün komanda Lökbatanda növbəti yoxlama oyunu çərçivəsində Birinci Divizionda mübarizə aparan "Şərurspor”u qəbul edib. "Qaradağ Lökbatan”ın üstünlüyü ilə keçən qarşılaşmadan komanda 4:1 hesablı qələbə ilə ayrılıb. "Qaradağ Lökbatan"ın qollarını Sabir Allahquliyev, Elvin İsmayılov, Əliağa Xudiyev və Rauf Yaqubzadə vurub.

Xatırladaq ki, bugünlərdə "Qaradağ Lökbatan” daha iki yoxlama görüşündə qüvvəsini yoxlamışdı. Bu qarşılaşmalarda komanda "Bakılı”nı 1:0, 19 yaşlılardan ibarət yığmanı isə 2:0 hesabı ilə məğlub etmişdi.

Xəbər 693 dəfə oxundu.