“Qarabağ” klubu avrokubok oyunlarını Tofiq Bəhramov stadionunda keçirməyi nəzərdə tutur
“Qarabağ” futbol klubu Avropa kuboklarının yeni mövsümündə oyunlarını öz stadionunda keçirməyəcək.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda yenidənqurma işləri aparan və daxili yarışlardakı ev oyunlarını burada keçirən Ağdam klubu beynəlxalq səviyyəli qarşılaşmaları yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyi nəzərdə tutur.

Buna səbəb Suraxanıdakı arenanın az azarkeş tutmasıdır. Beşminlik arena qitə miqyaslı turnirlər zamanı 25-30 min azarkeş toplayan Ağdam klubuna sərf etmir. Çünki son iki mövsümdə mərkəzi arenada keçirdiyi oyunlarda bilet satışı ilə xeyli gəlir əldə edən "Qarabağ" bundan məhrum olmaq istəmir.

Xəbər 690 dəfə oxundu.