“Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar boks məşqləri təşkil edib
“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Rabitə” idman klubu ilə birgə yeni sosial layihəyə başlayıb.

Gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində 15 kimsəsiz və aztəminatlı ailələrdən olan uşaq üçün “Rabitə” idman klubunda pulsuz peşəkar boks məşqlərinə start verib.

Dünya və Avropa çempionatları, o cümlədən Olimpiya oyunları və Azərbaycan birinciliklərində yüksək nəticələr göstərən idmançıların keçirdikləri məşqlər uşaqların böyük sevincinə səbəb olub. Layihə çərçivəsində uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatı və onların məşq zalına gəlmələri üçün nəqliyyat vasitəsi təşkil edilib.

Qeyd edək ki, “Rabitə” idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir. Klubun yetirmələri beşillik dövr ərzində müxtəlif beynəlxalq turnirlərdə yüzlərlə medal qazanaraq yüksək nəticələr göstəriblər.

AZƏRTAC

Xəbər 838 dəfə oxundu.