U-14 komandası 1/4 finalda
U-14 komandası “Bakcell U-14 Elit Kuboku” turnirindəki üçüncü oyununu da qələbə ilə başa vurub. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri “Vətən” klubunu 7:4 hesabı ilə məğlub etməklə 1/4 finala yüksəliblər. “Neftçi”nin heyətində Musa Qurbanlı “het-trik”ə imza atıb. Valeh Qəhrəmanlı və Nihat Fərəcli isə hərəyə iki dəfə fərqləniblər.

“Neftçi” PFK-nın U-15 komandası isə AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında növbəti oyununu keçirib. Komandamız XXIII turda “Xəzər Lənkəran” klubu ilə qarşılaşıb. 1:1 hesabı ilə nəticələnmiş görüşdə “Neftçi”nin qolunu Nihat Qurbanov vurub.

Xəbər 792 dəfə oxundu.