Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb
Azərbaycanın milli komandası futzal üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Rusiya yığması ilə qarşılaşıb.

Serbiyanın paytaxtındakı “Belqrad Arena”da keçirilən matçda millimiz 2:6 hesabı ilə məğlub olub. Oyunda Azərbaycan millisinin heyətində Auqusto Sezar dubl edib. Rusiya yığmasının heyətində isə Sergey Abramov (2 dəfə), Romulo və Eder Lima (3 dəfə) fərqləniblər.

Matçı Paskal Lemal (Belçika), Timo Onatsu (Finlandiya), Sasa Tomiç (Xorvatiya) və Tomasz Frakdan (Polşa) ibarət hakimlər briqadası idarə edib.

Bununla da millimiz Avropa çempionatı ilə vidalaşıb.

Yarımfinalda Rusiya yığması Serbiya komandası ilə qarşılaşacaq.

AZƏRTAC

Xəbər 656 dəfə oxundu.