Cüdoçumuz Elmar Qasımov dünya reytinqində liderliyini qoruyub
Beynəlxalq Cüdo Federasiyası Parisdə keçirilmış “Böyük dəbilqə” turnirindən sonra növbəti reytinq siyahısını açıqlayıb.

Reytinq cədvəlində 100 kiloqramadək çəki dərəcəsinin ilk sırasında Elmar Qasımov qərarlaşıb. Fransada gümüş mükafatın sahibi olmuş İlqar Müşkiyev (60 kq) on dördüncü pilləyə yüksəlib. Orxan Səfərov (60 kq) üçüncü, Nicat Şıxəlizadə (66 kq) yeddinci, Rüstəm Orucov (73 kq) isə ikinci pilləyə yuvarlanıb.

Elxan Məmmədov (100 kq) on ikinci, Uşanqi Kokauri (100 kq-dan yuxarı) on üçüncü pillədə yer alıb. Eyni pillədə Məmmədəli Mehdiyev (90 kq) də qərarlaşıb.

Xəbər 711 dəfə oxundu.