“Coca-Cola Məktəbli Kuboku” layihəsinin mövsüm oyunları keçirilib
Fevralın 6-da Astara şəhər 3 saylı tam orta məktəbin idman zalında Coca-Cola şirkətinin sponsorluğu, Təhsil Nazirliyinin dəstəyi, AFFA, Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədilə orta məktəblərin 7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku” layihəsinin 2015-2016-cı il mövsümü oyunları keçirilib.

Tədbirin açılışında AFFA, Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edib.

Yarış uduzub çıxma sistemi ilə aparılıb. Gərgin keçən oyunlardan sonra Ərçivan 2 və Maşxan kənd tam orta məktəbi müvafiq olaraq III və IV yerlərə layiq görülüb, Rayon Gənclər və İdman İdarələri tərəfindən diplom və fəxri fərmanlarla təltif olunublar.

Şəhər 3 saylı və şəhər 2 saylı tam orta məktəbin komandaları final mərhələsinə yüksəliblər.

Xəbər 837 dəfə oxundu.