Millimiz bu gün Rusiya yığması ilə qarşılaşacaq
Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində bu gün Azərbaycan milli komandası Rusiya yığması ilə qarşılaşacaq. Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq.

Rusiya - Azərbaycan oyunu CBC Sport televiziya kanalında canlı yayımlanacaq.

Xəbər 655 dəfə oxundu.