Neftçidə Böyük oyun öncəsi itkilər var
"Neftçi" Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığa başlayıb. "Ağ-qaralar"ın heyətində "Böyük oyun" öncəsi bir neçə itki var.

Belə ki, qarşıdakı oyunu Jayro buraxmalı olacaq. O, son turun "Rəvan"la oyununda qırmızı vərəqə aldığından, prinsipial qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Hücumçu Ruslan Qurbanov da növbəti turu buraxacaq. O, sarı vərəqə limitini aşdığına görə meydana çıxmayacaq.

Müdafiəçi Məqsəd İsayevin oynaması da sual altındadır. Zədəli olan futbolçu "Rəvan"la görüşdə də meydana çıxmamışdı. Növbəti oyuna qədər bu müdafiəçinin sağalıb-sağalmayacağı hələlik, bilinmir.

Xəbər 655 dəfə oxundu.