Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə fevralın 8-də “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilən çempionatda şəhər və rayonların yığma komandaları iştirak edir.

Yarışa fevralın 12-də yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Xəbər 697 dəfə oxundu.