Azərbaycanın yeniyetmə karateçisi Avropa çempionatının bürünc medalını qazanıb
Azərbaycanın yeniyetmə karateçilərdən ibarət seçmə komandasının üzvü Müseyib Məmmədov (42 kq) Avropa çempionatının bürünc medalını qazanıb.

Finala gedən yolda Bolqarıstan, Xorvatiya və Ukraynadan olan rəqiblərinə qalib gələn idmançımız yarımfinalda Fransa təmsilçisinə uduzub. M.Məmmədov təsəlliverici görüşdə Macarıstan təmsilçisini məğlub edərək bürünc medala sahib olub.

Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında Avropa çempionatının birinci günündə tatami üzərinə çıxan digər beş idmançımız mükafatçılar sırasına düşə bilməyib. Yeniyetmələr və kata üzrə mübarizə aparan idmançılarımızdan sonra 16-18 və 18-21 yaşlı gənclər də güclərini sınayacaqlar.

Avropa çempionatı üç gün davam edəcək. 17-21 yaşadək idmançılar arasında üç qrupda keçirilən qitə çempionatına 48 ölkədən 943 karateçi qatılıb.

Xəbər 741 dəfə oxundu.