Qədir Hüseynov “Firdovsi Open” beynəlxalq şahmat turnirində bürünc mükafat qazandı
İranın Məşhəd şəhərində keçirilən “Firdovsi Open” beynəlxalq şahmat turniri yekunlaşıb. Sonuncu turda Qədir Hüseynov Ermənistan təmsilçisi Hovannes Qabuzyanla heç-heçə edib. Vüqar Əsədov yerli şahmatçı Eski Abolfazi Kazemiyan üzərində qələbə qazanıb. Azər Mirzəyev isə Litva təmsilçisi Virginyus Qrabliauskasla xalları yarı bölüb.

Beləliklə, Qədir Hüseynov 9 oyundan 7 xal toplayaraq 3-10-u yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə Hüseynov turnirin bürünc mükafatına layiq görülüb. Vüqar Rəsulov 6.5 xalla 11-ci, Azər Mirzəyev isə turniri 16-cı pillədə başa vurub.

Turnirin qalibi adını isə aktivinə 7.5 xal yazaraq Rusiya şahmatçısı Pavel Malatin qazanıb.

Qeyd edəki, turnirdə ölkəmizlə yanaşı Gürcüsütan, Əfqanıstan, Ermənistan, Rusiya, Ukrayna, Niderland, Litva, İran və İraqdan 178 zəka sahibi birincilik uğurunda mübarizə aparırdı.

Xəbər 646 dəfə oxundu.