Qadın güləşçilərimiz Avropa çempionatına Ukraynada hazırlaşırlar
Xəbər verdiyimiz kimi, martın 8-13-də Riqada böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirirlər. Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplantısında iştirak edirlər.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və Yuliya Ratkeviç (58 kq) yer alıblar.

Fevralın 1-dən başlayan təlim-məşq toplanışı 10 gün davam edəcək. Daha sonra yığma komandanın üzvlərinin fevralın 13-14-də Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılıb.

Xəbər 599 dəfə oxundu.