“Sumqayıt”ın gənc futbolçusu: Özümü tam hazır sayıram
“Sumqayıt” klubu Unibank Premyer Liqasının növbəti turu çərçivəsində fevralın 15-də doğma azarkeşləri qarşısında “Neftçi” ilə üz-üzə gələcək. İdman.com.az-ın məlumatına görə, “ağ-qaralar”ın yetirməsi olan, hazırda bu komandada çıxış edən Orxan Həsənov, hazırlıqla bağlı fikrini klubun rəsmi saytına bildirib:

"Antalyada təlim-məşq toplanışını yüksək səviyyədə başa vurduq. İki həftəlik Türkiyə toplanışının bəhrəsini ölkə çempionatının oyunları zamanı görəcəyik. Biri-birindən maraqlı məşqlər komandamızdakı abu-havanı xeyli yüksəltmişdi. Nəzərinizə çatdırım ki, Antalyada 4 gün müddətində U-21-in düşərgəsinə də yollandım.

Milli komandanın heyətində iki yoxlama oyununda 90 dəqiqə meydanda oldum. Əvvəlki formamı yavaş-yavaş bərpa etmək üzrəyəm. Yığmadan başqa, “Sumqayıt”ın heyətində 3 yoxlama görüşündə iştirak etdim. Bakıya qayıtdıqdan sonra da məşqlərimizi davam etdiririk. Özümü çempionatın ikinci mərhələsinə tam hazır sayıram. Bu sözləri komandamızada aid etmək olar”.

Gənc futbolçu sabiq komandası “Neftçi” ilə oyun haqqında da danışıb. Adıçəkilən futbolçu “ağ-qaralar”la oyunda uğur qazanacaqlarına inanır: “Neftçi” mənim doğma klubumdur. Futbolçu kimi yetişməyimdə bu komandanın əməyi çoxdur. Lakin biz peşəkarıq. Müxtəlif vaxtlarda, müxtəlif klublarda oynaya bilərik. Hazırda “Sumqayıt”ın uğurları üçün çalışıram.

Gənclərdən qurulmuş əla komandamız var. Qarşıdakı “Neftçi” ilə oyun mənim üçün xüsusi önəm kəsb eləmir. Bu görüş fasilədən qayıtdıqdan sonra ilk matçımız olacaq. Qarşılaşmadan uğurlu nəticə ilə ayrılmaq istəyirik və buna bütün komanda ilə inanırıq”.

Azərbaycanın ən perspektivli futbolçularından biridir. Ruslan Məcidovu da “Neftçi”dən tanıyıram. O, “Sumqayıt”da əvvəlki formasını bərpa edə biləcək. Uğur Pamuk olduqca cəld və dəqiq ötürmələrə malik olan futbolçudur. Komandamıza çox xeyir verəcək. Yasin Abbasov da komandanın hücum xəttini xeyli gücləndirəcək”.

Xəbər 1059 dəfə oxundu.