Qızlar Liqasında böyük hesablı qələbə: "Qəbələ" – "Neftçi" 2:8
“Neftçi” PFK-nın qızlardan ibarət komandası U-19 Qızlar Liqasında növbəti oyununu keçirib. Baş məşqçisi İbrahim Məmmədov olan komandamız “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutmuş görüş “Neftçi”nin 8:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Süsən Mənsimova “het-trik”ə, Aysun Əliyeva və Kristina Bakaradze “dubl”a imza atıblar. Arzu Mikayılova isə bir dəfə fərqlənib.

U-14 komandamız “Bakcell U-14 Elit Kuboku” turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri “Mərkəzi Elit Yığması”nı 1:0 hesabı ilə məğlub ediblər. Yeganə qolu Musa Qurbanlı vurub.

“Neftçi” PFK-nın əvəzedici heyəti ilə U-10 komandası isə yoxlama oyunu keçiriblər. Əvəzedicilərimiz “Olimpiya stadionu”nun ehtiyat meydançasında Azərbaycan U-17 yığması ilə qarşılaşıblar – 0:1. U-10 komandamız isə “Vətən” klubunu 7:3 hesabı ilə məğlub edib. “Neftçi”nin qollarını Murad Məmmədov (3), Zəka Mirzəyev (2), Talha Şuşalı və Səbuhi İmamverdiyev vurublar.

Xəbər 983 dəfə oxundu.